Astara rayonunun Dürriyə kənd sakini Lovayın su anbarında boğulub
Astara, 16 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Kijəbə qəsəbəsində yerləşən Lovayın su anbarında boğulma hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Dürriyə kənd sakini, 1971-ci il təvəllüdlü Ağabacı Məmmədova ehtiyatsızlıqdan su anbarına yıxılaraq boğulub.
Onun qohumlarının dediklərinə görə, həyat yoldaşı ilə İran İslam Respublikasına getmək istəyən A.Məmmədova ayaqqabılarını və əl-üzünü yumaq üçün su anbarına gedib.
Həyat yoldaşı Bəşir Əzizov isə onu yol kənarında 15 dəqiqə gözlədikdən sonra A.Məmmədovadan bir xəbər olmadığı üçün su anbarına gəlib. Suyun üzərində arvadının paltarını görən Bəşir Əzizov onun batdığını anlayıb və suya girərək cansız bədənini çıxarıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub
Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək
Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib
“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 6 məktəblisi uğur qazanıb