×
A
A
A
Sazlamalar

Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edəcək

Bakı, 16 iyul, AZƏRTAC

Vergilər nazirinin müavini Mətin Eynullayev iyulun 22-də Qax rayonunda yerləşən Vergiödəyicilərinə xidmət mərkəzində (Ünvan: Heydər Əliyev prospekti) Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar iyulun 16-19-da Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qax və Balakən rayon vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Regionlar 2019-07-16 18:44:00