×
A
A
A
Sazlamalar

Ulu Öndərin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib

Bakı, 16 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzində Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Mədəniyyət Mərkəzinin bədii rəhbəri Məryəm Dadaşova iştirakçıları salamlayaraq ulu öndər Heydər Əliyev haqqında geniş məlumat verib.
Sonra Mədəniyyət Mərkəzinin direktoru Ağabala Nəzirov çıxış edərək 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə respublikamızın hər yerində görülən layihələr, yenidənqurma işlərinin geniş vüsət alması barədə çıxış edib.
Mədəniyyət Mərkəzinin rəqs müəllimi, Əməkdar artist Elçin Allahverdiyev çıxışında Heydər Əliyevin incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Mədəniyyət 2019-07-16 18:25:00