×
A
A
A
Sazlamalar

Şəmkirdə əməliyyat: İki kiloqramdan çox narkotik maddə götürülüb

Bakı, 16 iyul, AZƏRTAC 

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional və Şəmkir Rayon Polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təzəkənd kənd sakini X.Cəfərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 142 çətənə kolu aşkarlanıb. Habelə yardımçı təsərrüfata baxış zamanı 2 kiloqramdan çox marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-07-16 18:11:00