×
A
A
A
Sazlamalar

Mikro, kiçik və orta sahibkarlar üçün seminar təşkil ediləcək

Bakı, 16 iyul, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə iyulun 19-da mikro, kiçik və orta sahibkarlar üçün “Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd sahibkarların bazarın öyrənilməsi, marketinq, gəlir və xərclər planının hazırlanması, pul axınının idarə edilməsi barədə məlumatlandırılmasıdır.
Seminarda iştirak ödənişsizdir.

 

İqtisadiyyat 2019-07-16 17:46:00