×
A
A
A
Sazlamalar

Yarım ildə ölkəyə 576,5 min tonadək buğda idxal olunub

Bakı, 16 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında Azərbaycana 576 min 489 ton buğda idxal edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Hesabat dövründə idxal edilən buğdanın dəyəri 130 milyon 159 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə 94 milyon 841 min dollarlıq 538 min 781 ton buğda idxal edilmişdi.

İqtisadiyyat 2019-07-16 17:26:00