×
A
A
A
Sazlamalar

Azərbaycan filmi beynəlxalq festivalda uğur qazanıb

Bakı, 16 iyul, AZƏRTAC

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Ruslan Ağazadənin “İnsan” filmi Xorvatiyada keçirilən “Croatian One-Minute” festivalında ikinci yerə layiq görülüb.
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, ekran əsərinin rejissoru və operatoru Ruslan Ağazadə, prodüseri Çingiz Qulaməliyevdir.

 

Mədəniyyət 2019-07-16 16:49:00