×
A
A
A
Sazlamalar

Goranboyun tam qazlaşdırılması yekunlaşır

Goranboy, 16 iyul, Rauf Hacıyev, AZƏRTAC

Goranboy rayonunun təbii qazla 100 faiz təmin edilməsi məqsədilə rayonun bir sıra qəsəbə və kəndlərində işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 10-dan qaz xəttinin çəkilişinə başlanılan Kürəkçay və Goran qəsəbələri, eləcə də Qırıxlı, Qarapirimli, Gülməmmədli və Xəsədərli kəndlərində işlər başa çatmaq üzrədir.
Bu vaxtadək 8 kilometr daşıyıcı və 21 kilometrlik qəsəbə və kənddaxili paylayıcı qaz xətləri çəkilib.

Regionlar 2019-07-16 16:22:00