×
A
A
A
Sazlamalar

Altı ayda pambıq lifi və ipliyinin ixracı artıb

Bakı, 16 iyul AZƏRTAC
Yarım ildə Azərbaycandan 53 min 98 ton pambıq lifi və 6 min 1 ton pambıq ipliyi ixrac edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Yanvar-iyun aylarında ixrac edilən pambıq lifinin dəyəri 75 milyon 675 min, pambıq ipliyinin dəyəri isə 14 milyon 602 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 28 milyon 681 min dollarlıq 18 min 613 ton pambıq lifi, 9 milyon 915 min dollarlıq 3 min 993 ton pambıq ipliyi ixrac edilmişdi.

İqtisadiyyat 2019-07-16 16:11:00