×
A
A
A
Sazlamalar

Cari ildə dəniz nəqliyyatı ilə 405 milyon dollarlıq yük daşınıb

Bakı, 16 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 665 min 509 ton yük daşınıb ki, bu yüklərin dəyəri 404 milyon 983 min ABŞ dollarıdır.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 6 ayda dəniz nəqliyyatı ilə ixrac olunan 184 min 555 ton yükün dəyəri 83 milyon 674 min dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 480 min 953 ton, dəyəri isə 321 milyon 309 min dollar olub.

Nəqliyyat 2019-07-16 15:38:00