×
A
A
A
Sazlamalar

“İş Qadınlarına Dəstək” İB-nin daha 9 ölkədə nümayəndəliyi fəaliyyət göstərəcək

Bakı, 16 iyul, AZƏRTAC

“İş Qadınlarına Dəstək” İctimai Birliyinin (İB) daha 9 ölkədə nümayəndəliyi fəaliyyət göstərəcək.
Bu barədə AZƏRTAC-a müsahibəsində “İş Qadınlarına Dəstək” İB-nin sədri Vəfa Muradzadə deyib.
V.Muradzadə qeyd edib ki, hazırda İB-nin Türkiyədə nümayəndəliyi fəaliyyət göstərir. Yaxın zamanda Qətər və İranda da nümayəndəliklər fəaliyyətə başlayacaq. Bundan sonra daha 9 ölkədə qurumun nümayəndəliyinin fəaliyyətə başlaması planlaşdırılır. Bu nümayəndəliklər vasitəsilə İB-nin üzvləri beynəlxalq təşkilatlarla əməkdaşlıqda iştirak edəcək və xaricdə fəaliyyət göstərən sahibkar qadınlarla iş birliyi quracaq, təcrübə mübadiləsi həyata keçirəcəklər.

İqtisadiyyat 2019-07-16 15:05:00