Azərbaycan şəkər tozu ixracını artırıb
Bakı, 16 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında ölkədən 25 min 462 ton şəkər tozu ixrac edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövründə ixrac edilən şəkər tozunun dəyəri 11 milyon 186 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 12 milyon 383 min dollarlıq 20 min 813 ton şəkər tozu ixrac olunmuşdu.
Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir
® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub