×
A
A
A
Sazlamalar

İlin ilk yarısında Azərbaycanda təqribən 17 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

Bakı, 16 iyul, AZƏRTAC

Yarım ildə Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 16 milyard 994 milyon 658 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi həcminin 7 milyard 15 milyon 632 min dolları idxalın, 9 milyard 979 milyon 25 min dolları isə ixracın payına düşüb.

İqtisadiyyat 2019-07-16 13:39:00