×
A
A
A
Sazlamalar

Qubada “Xalçaçılıq sənəti milli sərvətimizdir” layihəsi çərçivəsində təlimlər təşkil edilib

Bakı, 16 iyul, AZƏRTAC

“Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Xalçaçılıq sənəti milli sərvətimizdir” mövzusunda təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Quba rayonunda xalçaçılıq sənətinə maraq göstərən və yiyələnmək istəyən 10 nəfər xanımın iştirakı ilə 6 təlim keçirilib.
Təlimlərdə layihə rəhbəri, Əməkdar mədəniyyət işçisi Fatimət Ağamirzəyeva bildirib ki, layihənin əsas mahiyyəti bu sənətin region gəncləri arasında təbliğ edilməsi və nəsildən-nəslə ötürülərək yaşadılmasıdır. Xalçaçılıq sənəti bizim milli sərvətimizdir deyən F.Ağamirzəyeva xalçanın Azərbaycan xalqının tarixinin öyrənilməsində əvəzsiz vasitələrdən biri olduğunu vurğulayıb.
Xanımlar milli-mənəvi irsimiz olan qədim xalçaçılıq sənəti barədə maarifləndikdən sonra xalça toxuma, xalçaların daranması, iplərin seçilməsi və yuyulması təlimlərində iştirak ediblər.

 

Mədəniyyət 2019-07-16 12:12:00