×
A
A
A
Sazlamalar

Zərdab-Qaravəlli avtomobil yolu yenidən qurulur VİDEO

Bakı, 16 iyul, AZƏRTAC
Zərdab rayonunda 11,4 kilometrlik Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Ucar-Zərdab-Ağcabədi avtomobil yolundan ayrılan yerli əhəmiyyətli avtomobil yolu IV texniki dərəcəlidir və 4 kəndin 4 mindən çox əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir. Layihə çərçivəsində yeni yol yatağı inşa edilib, yolboyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün suların ötürülməsi məqsədilə müxtəlif diametrli 456 poqonmetr dəmir, həmçinin 72 poqonmetr dəmir-beton borular quraşdırılıb. Tikinti layihəsinə uyğun olaraq, yola 2 laydan ibarət və 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənir.
Sonuncu mərhələdə yolun çiyin hissələri dağıldığından çiyinlərin bərkidilməsi, avtobus dayanacağının tikintisi, 306 siqnal dirəyinin, 52 yol nişanı və 11 kilometr göstəricisinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması nəzərdə tutulub.

Regionlar 2019-07-16 11:50:00

Video