×
A
A
A
Sazlamalar

UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirməsinin nəticələri açıqlanacaq

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisadi Universitetində (UNEC) tətbiq olunan diferensial əməkhaqqı sisteminin əsasını təşkil edən professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinin 2018-2019-cu tədris ili üzrə nəticələri yekunlaşıb.
UNEC-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 17-də saat 15:00-da qeyd edilən nəticələr universitetin rəsmi “Facebook” səhifəsindən canlı yayımla ictimaiyyətə təqdim ediləcək.
Bildirilib ki, ötən tədris ilində diferensial əməkhaqqı sistemi çərçivəsində UNEC-də professor-müəllim heyətinin, kafedra və fakültələrin reytinq siyahılarının, elm və tədris fəaliyyətləri üzrə əldə olunan başlıca nailiyyətlərinin açıqlanacağı təqdimatda izləyiciləri maraqlandıran suallar da cavablandırılacaq.
Sualları canlı yayım vaxtı “Facebook” (https://www.facebook.com/uneceduaz/) vasitəsilə ünvanlamaq mümkündür.

Elm və təhsil 2019-07-16 11:38:00