×
A
A
A
Sazlamalar

Azərbaycandan 210 min tondan çox kimya sənayesi məhsulları göndərilib

Bakı, 16 iyul, AZƏRTAC
Yarım ildə ölkədən 210 min 58 ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 45 milyon 649 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə ölkədən ixrac olunan 71 min 867 ton kimya məhsulunun dəyəri 30 milyon 720 min dollar təşkil etmişdi.

Sənaye 2019-07-16 11:15:00