×
A
A
A
Sazlamalar

Təbii qaz ixracının Azərbaycanın ümumi ixracındakı payı 4 faizədək artıb

Bakı, 16 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 76,87 faizini, təbii qaz 10,5 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 2,62 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edək ki, ötən ilin eyni aylarında xam neft ixracının Azərbaycanın ümumi ixracındakı payı 80,18 faiz, təbii qazın 6,58 faiz, neft məhsullarının payı 3,26 faiz olmuşdu.

Neft - qaz 2019-07-16 11:17:00