×
A
A
A
Sazlamalar

FHN Sabirabadda baş vermiş yanğınla bağlı məlumat yayıb

Bakı, 16 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 16-da səhər saatlarında Sabirabad şəhərində, İlham İsgəndərov küçəsindəki mağazalarda baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 1060 kvadratmetr olan iki mağaza və ümumi sahəsi 7650 kvadratmetr olan mərkəzi bazarın ərazisində üç dükan 70 kvadratmetr sahədə yanıb. Yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 11 texnikası cəlb edilib. Alov saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Digər bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Hadisə 2019-07-16 11:08:00