×
A
A
A
Sazlamalar

Cari ildə ölkədən 1,2 milyard kilovat/saat elektrik enerjisi ixrac olunub

Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycan elektrik enerjisinin ixracının həcmini artırıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, yarım ildə ölkədən 1 milyard 212 milyon 815 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 51 milyon 835 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, keçən ilin eyni aylarında Azərbaycandan 1 milyard 156 milyon 305 min kilovat/saat elektrik enerjisi ixrac edilmiş, həmin ixracın dəyəri isə 54 milyon 606 min dollar olmuşdu.

 

Energetika 2019-07-16 10:52:00