×
A
A
A
Sazlamalar

“Grand Prix 2019”: Şəhriyar Məmmədyarovu polşalı Kriştof Duda ilə ikinci qarşılaşma gözləyir

Bakı, 16 iyul, AZƏRTAC
Riqada FIDE-nin və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunan “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində dörddəbir final mərhələsinin cavab oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı qrossmeyster Şəhriyar Məmmədyarovu polşalı Kriştof Duda ilə ikinci qarşılaşma gözləyir. Şahmatçımız birinci görüşdə Polşa təmsilçisi ilə xalları yarı bölüb.
Dörddəbir finalın digər oyunlarında Veselin Topalov (Bolqarıstan) Maksim Vaşe-Laqrava (Fransa) məğlub olub. Sergey Karyakin (Rusiya) Uesli So (ABŞ), Aleksandr Qrişuk (Rusiya) isə Yu Yanqi (Çin) ilə heç-heçə ediblər.
Qran-Prinin nəticələrinə əsasən ən çox xal toplayacaq iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə qazanacaq.

İdman 2019-07-16 10:47:00