×
A
A
A
Sazlamalar

Azərbaycan təbii qaz ixracını artırıb

Bakı, 16 iyul, AZƏRTAC

Yarım ildə Azərbaycandan 5 milyard 664 milyon 611 min kubmetr təbii qaz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, yanvar-iyun aylarında ixrac olunan təbii qazın dəyəri 1 milyard 47 milyon 680 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, keçən ilin eyni dövründə ölkədən 3 milyard 101 milyon 25 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 570 milyon 337 min dollar olmuşdu.

Neft - qaz 2019-07-16 10:42:00