×
A
A
A
Sazlamalar

“Avesta Konserni”nin “Yeni şəhər” kompleksi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib

Bakı, 16 iyul, AZƏRTAC

“Avesta Konserni” MMC-yə məxsus “Yeni şəhər” kompleksi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Sənaye Korporasiyası”nın yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı kimi, Təhvil-Təslim Komissiyasının 2019-cu il 10 aprel tarixli qərarı ilə “Avesta Konserni” MMC-yə məxsus olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 499,9573 hektar torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa çatmamış tikililər (“Yeni şəhər” kompleksi) “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib.
“Yeni şəhər” kompleksinin gələcək inkişafı baxımından texniki və iqtisadi cəhətdən yenidən əsaslandırılması üçün yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub. Mütəxəssislər tərəfindən yekun rəy verildikdən sonra layihənin davam etdirilməsi, inkişaf perspektivləri, investorların axtarışı barədə qərar qəbul olunacaq.

İqtisadiyyat 2019-07-16 10:46:00