Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Muzey Mərkəzində açılan “UN/PUBLISHED” adlı sərgi davam edir

Bakı, 16 iyul, AZƏRTAC

Tanınmış rəssam Mahmud Rüstəmovun Muzey Mərkəzində açılan “UN/PUBLISHED” adlı fərdi sərgisinin vaxtı iyulun 20-dək uzadılıb.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, ziyarətçilər qeyd edilən tarixədək sərgi ilə tanış ola biləcəklər. Muzey Mərkəzi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan sərgi iyunun 21-də açılmışdı.
Sərgidə rəssamın son dövrlərdə yaratdığı rəngkarlıq, qrafika, heykəltəraşlıq və müasir incəsənət əsərləri nümayiş olunur.

İncəsənət 2019-07-16 10:41:00