×
A
A
A
Sazlamalar

Sabirabadın mərkəzi bazarında baş vermiş yanğın söndürülüb

Sabirabad, 16 iyul, Mahir Babayev, AZƏRTAC

İyulun 16-da səhər saatlarında Sabirabadın mərkəzi bazarında baş vermiş yanğın söndürülüb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin səyi nəticəsində alov məhdudlaşdırılıb və yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın zamanı ümumi sahəsi min kvadratmetrdən artıq olan iki böyük ticarət obyekti yanaraq yarasız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, sahibkarlara xeyli miqdarda ziyan dəyib.
İlkin ehtimala görə, yanğına mağazaların birindəki soyuducuda yaranmış qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-07-16 10:34:00