Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Beynəlxalq Qızıl Qaragöz Xalq Rəqsləri Yarışması başa çatıb

Bakı, 16 iyul, AZƏRTAC

Türkiyənin Bursa şəhərində keçirilən Beynəlxalq Qızıl Qaragöz Xalq Rəqsləri Yarışmasına yekun vurulub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Bursa Böyükşəhər Bələdiyyəsinin rəhbərliyi və Bursa Mədəniyyət İncəsənət və Turizm Fondunun təşkilatçılığı ilə gerçəkləşən festivalın final mərasimi Kültürpark Açıq Hava Teatrında reallaşıb.
Tamaşaçılar tərəfindən maraqla qarşılanan final gecəsində 21 iştirakçı dövlətin xalq rəqsləri təqdim edilib.
Gürcüstanın qalib olduğu yarışda Türkmənistan ikinci, Bolqarıstan isə üçüncü yeri əldə edib.

Mədəniyyət 2019-07-16 10:29:00