İngiltərə Mərkəzi Bankı yeni banknotlar dövriyyəyə buraxacaq
London, 16 iyul , AZƏRTAC
İngiltərə Mərkəzi Bankı 50 funtluq yeni banknotlar dövriyyəyə buraxacaq.
AZƏRTAC xəbər verir ki, yeni əsginasların üzərində məşhur kompüter mühəndisi və riyaziyyatçı Alan Turinq təsvir olunacaq. Turinq İkinci Dünya müharibəsi zamanı nasistlərin kodlarını pozmaqda mühüm rol oynayıb.
Qərarı elan edən İngiltərə Mərkəzi Bankının rəhbəri Mark Karni deyib ki, Alan Turinq bugünkü həyata son dərəcə yüksək təsir göstərən fövqəladə bir riyaziyyatçı olub.
Banknotun 2021-ci ildən dövriyyəyə daxil olması gözlənilir.
Qeyd edək ki, yeni 50 funtluq banknot İngiltərənin kağız puldan nağdsız ödənişlərə keçidinin son mərhələsi olacaq.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib
Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib
Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır
“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib