×
A
A
A
Sazlamalar

Sabirabadın mərkəzi bazarında yanğın baş verib

Sabirabad, 16 iyul, AZƏRTAC

İyulun 16-da səhər saatlarında Sabirabadın mərkəzi bazarında yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın “Əmin market” ticarət obyektindən başlayıb və alovun əhatə dairəsi daha da genişlənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15-ə yaxın texnikası və canlı qüvvəsi, həmçinin təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.

Regionlar 2019-07-16 08:44:00