×
A
A
A
Sazlamalar

Polşa vətəndaşlarının əksəriyyəti parlament seçkilərində hazırkı iqtidarın qələbəsinə inanır

Varşava, 16 iyul, AZƏRTAC 

Polşada payızda baş tutacaq parlament seçkiləri ilə əlaqədar keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 72 faizi hazırkı iqtidar blokunun, yəni, sağçıların qələbəsinə inanır.
AZƏRTAC xəbər verir ki, Polşanın TVN telekanalının sifarişi ilə keçirilən sorğuda respondentlərin yalnız 13 faizi müxalifətin qələbəsinə inamını ifadə edib. Sorğuda iştirak edənlərin 15 faizi sualı cavablandırmaqda çətinlik çəkdiyini bildirib.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Dünya 2019-07-16 08:04:00