×
A
A
A
Sazlamalar

Polşa Aİ-də ən çox “oturum icazəsi” verən ölkədir

Varşava, 16 iyul, AZƏRTAC 

Son iki ildə Avropa İttifaqı ölkələri 3 milyondan çox üçüncü ölkə vətəndaşına “oturum icazəsi” verib.
AZƏRTAC xəbər verir ki, bu ölkələr arasında ən çox yaşama və çalışma icazəsi verən ölkə Polşa olub. Ötən iki ildə bu ölkə 683 min 228 nəfərə ərazisində yaşamaq icazəsi verib. Siyahıda ikinci və üçüncü yerlərdə müvafiq olaraq Almaniya və Böyük Britaniya qərarlaşıb.
Ən çox “oturum icazəsi” alanlar isə Ukrayna vətəndaşlarıdır. Təxminən 662 min ukraynalı miqrantın 88 faizi məhz Polşadan uzunmüddətli viza alıb. Sonrakı yerləri isə Suriya və Çin vətəndaşları tuturlar.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Dünya 2019-07-16 01:50:00