×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanının qadınlardan ibarət yığması boulinq üzrə dünya çempionatında iştirak edəcək

Ər-Riyad, 16 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanının qadınlardan ibarət boulinq yığması tarixdə ilk dəfə olaraq Las-Veqasda keçiriləcək dünya çempionatında iştirak edəcək.
AZƏRTAC yerli “Al Riyadh” nəşrinə istinadla xəbər verir ki, Las-Veqasdakı yarışda iştirak etmək üçün idmançılar Nahla Adas, Məryəm al-Dosarı, Aşail al-Abid al-Vahid, Qada Nemr, Amani al-Qamdi və Xadil Tarmin misirli məşqçi Sara Camalın rəhbərliyi ilə ABŞ-a yola düşəcəklər.
Qeyd edək ki, boulinq üzrə dünya çempionatı avqustun 22-dən 30-dək davam edəcək.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad

İdman 2019-07-16 07:48:00