×
A
A
A
Sazlamalar

Vladimir Zelenski Ukraynanın 12 səfirinin fəaliyyətinə xitam verib

Kiyev, 16 iyul, AZƏRTAC
Prezident Vladimir Zelenski Ukraynanın xarici ölkələrdəki 12 səfirinin geri çağırılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 12 diplomat arasında Ukraynanın ABŞ-dakı səfiri də var. Geri çağırılan səfirlərin yerinə yeni diplomatların təyin olunması istiqamətində işlər aparılır.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-07-16 07:23:00