×
A
A
A
Sazlamalar

Belarusda İkinci Dünya müharibəsinə aid silah-sursat anbarı aşkarlanıb

Minsk, 15 iyul, AZƏRTAC
Belarusun Brest vilayətinin Pinsk şəhərində İkinci Dünya müharibəsi dövrünə aid silah-sursat anbarı aşkarlanıb.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, silah-sursat anbarı Bretskaya küçəsi 179 ünvanında tikinti işləri aparılarkən müəyyən edilib. Hazırda silah-sursatın zərərsizləşdirilməsi üçün xüsusi qrup təhlükəsizlik tədbirləri həyata keçirir.
Qeyd edək ki, hər il Belarus ərazisində İkinci Dünya müharibəsinə aid orta hesabla 20 mindən artıq mərmi aşkarlanaraq zərərsizləşdirilir.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Dünya 2019-07-15 19:45:00