×
A
A
A
Sazlamalar

“Fitch Ratings” Maltanın reytinqi üzrə proqnozunu “pozitiv” səviyyəyə yüksəldib

Valletta, 15 iyul, AZƏRTAC
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Maltanın reytinqi üzrə proqnozunu “sabit” səviyyədən “pozitiv”ə yüksəltməklə yanaşı, onun uzunmüddətli kredit reytinqini “A+” səviyyəsində təsdiq edib.
AZƏRTAC “Fitch”ə istinadla xəbər verir ki, Maltanın reytinqinin yüksəlməsi ada dövlətin dinamik iqtisadi artımı ilə bağlı olub və ölkənin ötən il Avropa İttifaqında ən sürətli inkişaf edən iqtisadiyyata malik olması müsbət qiymətləndirilib.
“Maltada yaxın 2 ildə fərdi investor proqramı (Individual Investor Programme – IIP) çərçivəsində daxil olan gəlirlərin azacağı ilə bağlı proqnoza baxmayaraq, “Fitch” profisitin artacağını ehtimal edilir. Həmçinin ölkənin xarici dövlət borcunun ÜDM-ə olan nisbətinin aşağı düşməkdə davam edəcəyi də gözlənilir. Ehtimal olunur ki, əmək bazarının sürətli dinamikası daxili tələbatın ÜDM-in real artım tempinin hərəkətverici qüvvəsi olmasına imkan verəcək”, – deyə “Fitch” bildirib.
Xarici dövlət borcunun ÜDM-ə nisbətinin aşağı olması ilə yanaşı, son 3 ildə qeydə alınan büdcə profisiti də reytinq yüksəlməsində əsas amil olub.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Valletta

Dünya 2019-07-15 19:18:00