×
A
A
A
Sazlamalar

“Vikipediya”da şəhid Elşad Nağıyev haqqında məqalə yaradılıb

Bakı, 15 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən azərbaycandilli “Vikipediya”da şəhid polkovnik-leytenant Elşad Nağıyev haqqında məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalədə Elşad Nağıyevin həyatı və hərbi fəaliyyəti haqqında məlumat verilib.
Qeyd edilib ki, 1992-ci ildən Azərbaycanda 754 nömrəli hərbi hissədə komandir kimi çalışmış Elşad Nağıyev Milli Ordumuzun formalaşmasında böyük xidmətlər göstərib. Onun Ordubad rayonunun “Soyuq” adlanan sərhəd ərazilərinin erməni təcavüzündən qorunmasında xüsusi rolu olub. Elşad Nağıyevin rəhbərlik etdiyi hərbi hissə Ermənistanla sərhəd olan ən odlu nöqtəyə - Sədərək bölgəsinə göndərilib. O, bu bölgənin düşməndən müdafiəsini təşkil etməklə yanaşı, Sədərəkdə texniki-döyüş və istehkam qurğularının yaradılmasında, orduda intizamın möhkəmləndirilməsində mühüm xidmətlər göstərib.
Elşad Nağıyev 1994-cü il sentyabrın 8-də Sədərək bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.
Məqalə ilə daha ətraflı linkdə tanış olmaq mümkündür.

Elm və təhsil 2019-07-15 18:38:00