Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Universitetində yay semestri başlayıb

Bakı, 15 iyul, AZƏRTAC 

Bu gündən Azərbaycan Universitetində yay semestri başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, yay semestri iyulun 15-dən avqustun 23-dək təşkil olunur. Yay semestrində dərslər ümumilikdə 55 fənn üzrə aparılır. Dərslərdə 110 tələbə iştirak edir. Yay semestrində Azərbaycan Universitetinin tələbələri ilə yanaşı, digər ali məktəblərin tələbələri də iştirak edir.
Ətraflı məlumatla universitetin rəsmi saytında tanış olmaq mümkündür.

Elm və təhsil 2019-07-15 18:26:00