×
A
A
A
Sazlamalar

Türkiyənin Tunceli vilayətində baş verən partlayış nəticəsində bir uşaq həlak olub

İstanbul, 15 iyul, AZƏRTAC 

Türkiyənin Tunceli vilayətinin Ovacık rayonunda otlaq ərazidə partlayış baş verib. Hadisə baş verən zaman ərazidə qoyun otaran iki uşaqdan biri ölüb, digəri isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, partlayışın başvermə səbəbi araşdırılır. Xəsarət alan uşağın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-07-15 16:51:00