×
A
A
A
Sazlamalar

Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir

Bakı, 15 iyul, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Abşeron rayonunun ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahbuz rayon sakini R.İbrahimov saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 301 qrama yaxın heroin aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Gənclər şəhərciyindəki kirayədə yaşadığı mənzildən əlavə olaraq 1 kiloqram 210 qram heroin aşkarlanaraq götürülüb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Əsədli kənd sakini Ə.Əsgərovun yaşadığı evdən 2 kiloqram 420 qram marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2019-07-15 16:45:00