Ermənistanda narkomanların sayı artıb
Bakı, 15 iyul, AZƏRTAC
Bu ilin yanvar ayında Ermənistanda narkomanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 6951 nəfərə çatıb. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bunu mətbuat konfransında Respublika Narkoloji Mərkəzinin direktoru Petros Semercyan bildirib. Onun sözlərinə görə, qeydə alınmış narkomanlardan 2100 nəfəri narkotik maddələri venadaxili inyeksiya yolu ilə qəbul edir. Onların böyük əksəriyyəti kişilərdir, qadın narkomanların sayı isə cəmi 116 nəfərdir.
Qeyd olunub ki, narkomaniya ən çox 30-40 yaş arasında olan ermənilər arasında yayılıb. Lakin mərkəz direktoru bildirib ki, bu rəqəm narkomaniyanın tam miqyasını əks etdirmir. Belə ki, narkotik maddələrdən istifadə edənlərin əksəriyyəti qeydiyyatda kənarda qalıb. O əlavə edib ki, narkomaniyadan müalicə olunanların bir çoxu dispanserdən çıxdıqdan sonra yenidən narkotik maddə istifadəçisinə çevrilir.
Semercyan diqqətə çatdırıb ki, müvafiq beynəlxalq strukturlar bu sahədə Ermənistanın təqdim etdiyi rəqəmlərə inanmırlar. Onlar hesab edirlər ki, rəqəmlər süni şəkildə azaldılıb və əsl həqiqətdə bu ölkədə narkomanların sayı dəfələrlə çoxdur. O, Ermənistan Səhiyyə Nazirliyinin marixuanadan istifadənin leqallaşdırılması əleyhinə olduğunu da bildirib.
Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb
Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb
Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib
ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır
Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb