×
A
A
A
Sazlamalar

Magistr təhsili almaq üçün qəbul olunanlar Qida Təhlükəziliyi Agentliyinə müsahibəyə dəvət edilirlər

Bakı, 15 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi baytarlıq, aqronomluq və qida məhsulları mühəndisliyi ixtisasları üzrə magistr təhsili almaq üçün Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinə qəbul olunmuş namizədləri müsahibəyə dəvət edir.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, müsahibə nəticəsinə uyğun olaraq, namizədlə Agentlik arasında müvafiq müqavilə imzalanacaq və namizədin təhsil, o cümlədən digər xərcləri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ödəniləcək.
Müsahibədə iştirak etmək istəyənlər 2019-cu il iyulun 15-dən avqust ayının 15-dək öz şəxsi məlumatlarını [email protected] elektron ünvanına göndərə, əlavə məlumat almaq istəyənlər Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.
Əlaqə nömrəsi: (012) 565-12-82 (155, 525)

Cəmiyyət 2019-07-15 16:06:00