×
A
A
A
Sazlamalar

“Avto FM” radiosu “Cinema Radio” layihəsinə başlayır

Bakı, 15 iyul, AZƏRTAC

Mədəniyyət Nazirliyi və “Avto FM” radiosunun dəstəyi ilə “AzerNyuMedia” şirkəti “Cinema Radio” layihəsinin yayımına başlayır.
AZƏRTAC xəbər verir ki, hər həftənin şənbə günü saat 15.00-dan 16.00-dək yayımlanacaq veriliş dünyada və yerli kino bazarında baş verən ən son yenilikləri təqdim edəcək, həftənin kino hadisəsi qonaqlarla müzakirə olunacaq.
Bir neçə rubrikadan ibarət olacaq veriliş ərzində dinləyicilər kinoviktorinanın suallarını cavablandırmaqla hədiyyələrə sahib olacaqlar. Verilişin aparıcısı tanınmış dicey Yaqut Gözəlovadır. Radiolayihənin tərəfdaşı “CinemaPlus” Kinoiteatrlar Şəbəkəsidir.

Mədəniyyət 2019-07-15 16:02:00