×
A
A
A
Sazlamalar

Azərbaycan Dillər Universitetinin magistrantı Bolqarıstanda təlim kursunda iştirak edib

Bakı, 15 iyul, AZƏRTAC 

Azərbaycan Dillər Universitetinin (ADU) magistrantı Fatimə Vəliyeva Bolqarıstanın Bansko şəhərində “Gənclər sahəsi üçün onlayn aktivlik” adlı təlim kursunda iştirak edib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, 10 ölkədən 30 gənci birləşdirən təlim kursunun əsas məqsədi gəncləri və QHT-ləri insan haqları sahəsində məlumatlandırmaq və onların potensialını inkişaf etdirmək olub. Təlimdə gənclər zorakılıq əleyhinə onlayn kampaniyaların həyata keçirilməsi barədə təcrübələrə yiyələniblər.
İştirakçılar müxtəlif qrup işlərində, QHT-lərdə olan PR istiqamətləri, strategiyalarla bağlı sessiyada fəallıq göstəriblər.

Elm və təhsil 2019-07-15 15:29:00