×
A
A
A
Sazlamalar

Türkiyədə yol təmiri zamanı partlayış baş verib

İstanbul, 15 iyul, AZƏRTAC 

Türkiyənin Şırnak şəhərində yol təmiri zamanı partlayış baş verib. Hadisə nəticəsində bir işçi həlak olub, iki nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, partlayıcı maddənin PKK terror təşkilatının üzvləri tərəfindən əvvəlcədən yolda yerləşdirildiyi bildirilir. Partlayış nəticəsində ölən və xəsarət alanlar Suriya vətəndaşlarıdır.
Hadisə yerində geniş miqyaslı təhqiqat aparılır.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-07-15 15:05:00