×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb

Bakı, 15 iyul, AZƏRTAC 

Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə binanın üçüncü mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan üçotaqlı mənzildə qeydə alınıb. Nəticədə evin bir otağında əşyalar yanıb. Yüksək temperaturdan kondisioner, televizor və dəhlizin lambirindən ibarət tavanı beş kvadratmetr sahədə əriyib. Yanğın zamanı iki nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-07-15 15:02:00