×
A
A
A
Sazlamalar

Azərbaycanda səhralaşma problemi müzakirə olunub

Bakı, 15 iyul, AZƏRTAC 

İyulun 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bakıda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin müavini, BMT-nin “Səhralaşma ilə mübarizə haqqında” Konvensiyasının Baş Katibi İbrahim Tyao ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycanda səhralaşma problemi, quraqlığa gətirib çıxaran səbəblər, o cümlədən su ehtiyatlarının azalması, problemin həlli üçün sudan səmərəli istifadə və su itkilərinin azaldılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb. Həmçinin bu sahədə Konvensiya ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Ekologiya 2019-07-15 14:46:00