×
A
A
A
Sazlamalar

İstanbulun məşhur “Haydarpaşa” qatar stansiyasında 15 iyul hadisələri canlandırılıb

İstanbul, 15 iyul, AZƏRTAC
Türkiyədə qeyd olunan Demokratiya və Milli Birlik Günü münasibətilə İstanbulun məşhur “Haydarpaşa” qatar stansiyasında 15 iyul hadisələri “mapping” işıq cihazları vasitəsilə canlandırılıb.
AZƏRTAC xəbər verir ki, ölkə prezidentinin ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən təşkil edilən təqdimatda üç il əvvəl iyulun 15-də FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhd zamanı baş verənlər, habelə o gün həlak olanların və yaralananların şəkilləri nümayiş etdirilib.
Təqdimatdan sonra 15 iyul şəhidlərinin şəkilləri 25 dəqiqə ərzində stansiyanın divarında nümayiş olunub.
Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyə xalqı mütəşəkkil olaraq ayağa qalxaraq FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhdin qarşısını alıb. Hadisə nəticəsində 250 vətəndaş şəhid olub, 1500-dən çox insan yaralanıb. Şəhidlər və yaralılar arasında qadınlar, uşaqlar və qocalar da olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-07-15 14:41:00