×
A
A
A
Sazlamalar

Daşqınlar və torpaq sürüşməsi nəticəsində Rohinca müsəlmanlarının 5 min çadırı dağılıb

Bakı, 15 iyul, AZƏRTAC
Şiddətli leysan nəticəsində meydana gələn daşqın və torpaq sürüşməsində Banqladeşdə sığınacaq tapmış Rohinca müsəlmanlarının 5 min çadırı dağılıb, ən azı 10 qaçqın həlak olub.
AZƏRTAC DawnNews informasiya portalına istinadla xəbər verir ki, Banqladeş Meteorologiya Departamentinin məlumatında şiddətli yağışlar nəticəsində daşqınların və torpaq sürüşməsinin ölkənin cənub-şərqində məskunlaşmış qaçqınların çadırlarını yuyub apardığı, 10 nəfərin öldüyü və onlarla insanın itkin düşdüyü bildirilir. Koks Bazar rayonunda sığınacaq tapmış bir milyona yaxın müsəlman təbii fəlakətin yaratdığı humanitar böhran vəziyyətindədir. Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) nümayəndəsi iyulun əvvəlindən başlayan yağışlar və torpaq sürüşməsi nəticəsində 50 min qaçqın ağır şəraitdə yaşayır. Bundan başqa, 6 min müsəlman qaçqın müvəqqəti yaşayış yerlərini tərk etməli olub, bölgədəki 750 təhsil mərkəzi də dağılıb.
Yerli hakimiyyət orqanları və beynəlxalq humanitar təşkilatların nümayəndələri bəyan ediblər ki, içməli suyun olmaması və dərman çatışmazlığı infeksion xəstəliklərin yayılmasına səbəb olacaq. Dünya Ərzaq Proqramının sözçüsü Gemma Snoudaun Rohinca müsəlmanlarına ərzaq yardımının artırıldığını bildirib. Onun sözlərinə görə, aclıqdan ölmə həddində olan 11 400 nəfərə humanitar yardım çatdırılıb.

Dünya 2019-07-15 12:28:00