×
A
A
A
Sazlamalar

Yanvar-may aylarında ölkədən 786,6 milyon dollarlıq qeyri neft-qaz məhsulları göndərilib

Bakı, 15 iyul, AZƏRTAC

Bu ilin yanvar-may aylarında ölkədən 786,6 milyon dollarlıq qeyri neft-qaz məhsulları ixrac olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 17,8 faiz, real ifadədə isə 12,6 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,2 faiz), Türkiyəyə (23 faiz), Gürcüstana (9,8 faiz), İsveçrəyə (6,7 faiz), İtaliyaya (3,6 faiz), Ukraynaya (2,2 faiz), Yunanıstana (2 faiz), İrana (1,9 faiz), Çinə (1,8 faiz), Niderlanda (1,4 faiz) və Almaniyaya (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

İqtisadiyyat 2019-07-15 12:24:00