×
A
A
A
Sazlamalar

® “Azpetrol” şirkəti 22 yaşını qeyd edir

“Azpetrol” şirkəti 1997-ci il iyulun 15-də Bakının Tbilisi prospektində özünün ilk yanacaqdoldurma məntəqəsinin (YDM) açılışı ilə fəaliyyətə başlayıb.

Şirkətin əsas fəaliyyəti Azərbaycanda avtomobil yanacağının pərakəndə və topdan satışının təşkilindən ibarətdir. Hazırda “Azpetrol”un respublikanın əksər bölgələrini əhatə edən 85 YDM-i və 5 qazdoldurma məntəqəsi (QDM) fəaliyyət göstərir.
Yanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə 1999-cu ildə “Azpetrol”un müasir standartlara cavab verən neft bazası istifadəyə verilib.
Şirkət yanacağın YDM və QDM-lərə fasiləsiz olaraq və vaxtında çatdırılması məqsədilə 1999-cu ildə yanacaq daşıyan maşınların avtoparkını istismara verib. Beynəlxalq standartlara uyğun təşkil olunmuş həmin avtoparkda 120 yanacaq daşıyan avtomobil istənilən vaxt yola çıxmağa hazırdır.
Şirkətin YDM-lərində müştərilərə texniki xidmət, avtomobil yuma, kafelər, motellər, mağazalar və sair xidmətlər təqdim olunur. Şirkət 2002-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline“ sistemini tətbiq edib, 2011-ci ildən isə həmin xidmətdən istifadə edən müştərilərin sayının artdığını nəzərə alaraq tərəfimizdən daha müasir və təhlükəsizlik baxımından daha etibarlı olan “Petrol Plus Online” proqramının tətbiqinə başlanılmışdır.
2006-cı ildən etibarən isə yanacaqdoldurma məntəqələrində müştərilərə “Master Card” və “Visa Card” plastik kartlar vasitəsilə ödəniş etmək imkanı yaradılıb.
2017-ci ildə isə “Azpetrol” şirkəti müştəri rahatlığını təmin etmək məqsədilə yanacaq kartlarının satışının təşkil edilməsində daha bir addım atıb. Şirkət müştərilərinin istəklərini və rahatlığını nəzərə alaraq 2017-ci ilin yanvarından elektron talon xidmətini, həmin ilin iyunundan isə Azərbaycanda ilk dəfə olaraq hədiyyə kartlarının onlayn satışına başlayıb.
“Azpetrol”un Şəki, Balakən, Qusar, Beyləqan və Qazax rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində müştərilərin və qonaqların rahatlığını təmin etmək üçün onlara yüksək səviyyədə xidmət göstərən motelləri fəaliyyət göstərir. Motellərdə müsafirlər rahat, lüks və yarım-lüks otaqlarından istifadə edə bilərlər.
Ötən illər ərzində “Azpetrol” şirkəti bir çox mükafatlarla təltif olunub. Bu mükafatlar sırasında “Uğur”, “Biznes Prestij”, “Caspian Energy Integration Award”, “Keyfiyyətə Görə Beynəlxalq Qızıl Ulduz”, “Kraliça Viktoriya Xatirə Medalı”, “Caspian Business Award - 2016”, “Caspian Energy Award - 2017”, “Caspian Energy Award - 2018” və digərləri var.
“Azpetrol” - daim inkişafa doğru!

Neft - qaz 2019-07-15 12:13:00