×
A
A
A
Sazlamalar

® “Gulf Air” aviaşirkəti “PAŞA Travel” şirkətini Azərbaycandakı GSA rolu üçün təyin edir

Bəhreyn Krallığının milli aviaşirkəti “Gulf Air” Azərbaycanın aparıcı turizm şirkətlərindən biri sayılan “PAŞA Travel” şirkətini Azərbaycanda ümumi satış tərəfdaşı (GSA) təyin edib. Bu əməkdaşlıq sayəsində “Gulf Air” Azərbaycanda öz müştərilərinə keyfiyyətli və sərfəli aviabiletlərin geniş seçimini təklif etməyi planlaşdırır.

“PAŞA Travel” ilə “Gulf Air” uğurlu və sabit tərəfdaşlığın təməlini qoymaqla yanaşı, yerli və xarici turizm kanalını gücləndirməyi nəzərdə tutur. Bu birlik korporativ və fərdi səyahətçilərin ehtiyaclarını qarşılayacaq və onların səyahətini asanlaşdıracaq.
“Gulf Air” ilə əməkdaşlığın üstünlüklərini şərh edən “PAŞA Travel”in baş direktoru Anar Rəhmanov belə deyir: “Biz Azərbaycanda “Gulf Air”i təmsil etməkdən qürur duyuruq və bundan çox məmnunuq. Əminəm ki, bu tərəfdaşlıq Bəhreyn və daha uzaq ölkələri aşkar etmək istəyən səyahətçilərimiz üçün yeni yollar açacaq”.
“Gulf Air” Bəhreyn Krallığının milli aviaşirkəti olub, 1950-ci ildə fəaliyyətə başlayıb və Yaxın Şərqdə yaradılmış ilk hava yollarından birinə çevrilib. Bu gün “Gulf Air” dünyanın 27 ölkəsinə və bu ölkələrin 49 şəhərinə xidmət edir.
Aviaşirkət Bəhreyn Hava Limanından günlük iki uçuş olmaqla 10-dan çox regional şəhərlərə, həmçinin Hind Subkontinenti və Avropada seçilmiş şəhərlərə uçuşlar təşkil edir. “Gulf Air” 37 ədəd təyyarəyə malikdir. 2018-ci ildə aviaşirkət 5 “Boeing 787-9 Dreamliner” təyyarəsini və 1 “Airbus A320neo” təyyarəsini alıb. 2019-cu ildə aviaşirkət əlavə olaraq 2 “Dreamliner” və 4 “A320neos” əldə etməyi planlaşdırır. Öz ənənəvi ərəb qonaqpərvərliyi ilə tanınan “Gulf Air” sənayenin lideri olmaq və öz sərnişinlərinin artan tələbat və istəklərini əks etdirən məhsul və xidmətləri inkişaf etdirmək üçün çalışır.
“PAŞA Travel” Azərbaycanda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) akkreditasiyasından keçmiş və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) sertifikatını almış çoxprofilli turizm təşkilatıdır. Eyni zamanda, Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) və Lüks Səyyah Dizayneri İcması (Traveller Made) üzvüdür və OVATION MCI strateji tərəfdaşıdır. 2003-cü ildə yaranan “PAŞA Travel” Azərbaycanın böyük, dinamik inkişaf edən və hörmət qazanmış şirkətlər qrupu olan “PAŞA Holdinq”in tərkibinə daxildir.
“PAŞA Holidays” “PAŞA Travel” şirkətinin ölkəxarici səyahətlər bölümünə nəzarət edən hissəsidir, dünyanın ən cazibədar istiqamətlərinə mükəmməl səyahət təcrübələri təşkil edir. Şirkətin portfoliyosu inkişaf edir və uzaq Şərqdən Avropayadək, Karib hövzəsindən Şərqi Afrikayadək maraqlı və cəlbedici turları özündə birləşdirir. “PAŞA Holidays” Bakıdan rahat uçuşları və etibarlılığı özündə birləşdirərək, müştərilərin gözləntilərini üstələyəcək xidmətə malikdir.
“PAŞA Holidays” - Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 151, AZ 1010; (+994 12) 404-10-90/*1090; [email protected]
Asif Saleem - “PAŞA Holidays”in icraçı direktoru
[email protected]; (+994 50) 250-73-14
Ülviyyə Akif - əlaqələr üzrə menecer
[email protected] ; (+994 50) 255-25-45

 

Nəqliyyat 2019-07-15 11:00:00